İranın Təhsil Nazirliyi və hökumətə bağlı qruplar Qəzzaya dəstək məqsədilə uşaqlar arasında “Raket düzəlt” adlı kampaniya başladıblar.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Kampaniyaya qoşulan uşaqlardan İran və Fələstin bayraqları rəngində boyanan kağız raketlər düzəltmələri və onları İsrail istiqamətində havaya atmaları istənilib.
Kağız raket düzəldən uşaqlara mükafatların veriləcəyi bildirilib.