İrandan İsrailə xəbərdarlıq: Nəticələri ağır olacaq…

İrandan İsrailə xəbərdarlıq: Nəticələri ağır olacaq…

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, bu barədə Abdullahian X sosial şəbəkə hesabında bildirib.

“Hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə gətirib çıxaracaq”, – H.Abdullahian vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyindən Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyə planının təqdim edilməsini istəyib.

Teqlər: