İrandan gətirilən qadağan edilmiş dərman vasitələri müsadirə olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından tranzit keçməklə gələn “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, gömrük baxışı zamanı avtomobilin salonunda müxtəlif adda olan 780 həb aşkar edilib.

Aşkar edilən dərman vasitələrindən “Alprazolam 1 mg” və “Phenobarbital 100” adlı dərmanlar “Azərbaycan Respublikasında dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı” na daxildir.


Twitter:@cingizsafarli

Teqlər: