İrandan Ermənistana silah daşıyan TIR-lar yandırıldı

İrandan Ermənistana silah daşıyan TIR-lar yandırıldı

İran ərazisindən Ermənistana silah daşınmasına dair videokadrlar yayılır.

Sosial şəbəkələrdə cənublu soydaşlarımızın İran ərazisindən işğalçı Ermənistana hər hansı dəstəyin göndərilməsinə etiraz etdiyi bildirilir.

Məlumata görə, azərbaycanlılar buna etiraz olaraq, dünən gecə silah daşıyan yük maşınlarını yandırıb.

Son günlər İran ərazisindən işğalçı Ermənistana silah daşınmasına dair video və foto faktlar yayılmaqdadır. Soydaşlarımız yolları bağlayaraq, buna etiraz edirlər.

İranın Ermənistana silah daşınması üçün ərazisinin tranzit kimi istifadə edilməsinə icazə verməsi Azərbaycan-İran münasibətlərinə və İslam həmrəyliyinə zidd addımdır. Azərbaycan etibarlı tərəfdaş olaraq həmişə İranla mehriban qonşuluq siyasətinə sadiqdir və eyni münasibəti İran İslam Respublikasındanın da sərgiləməsini istəyir.