İran hakimiyyəti Talibanın qadınların ali təhsil müəssisələrində təhsilini dayandırmaq qərarından sonra əfqan qadınlara universitet təhsilini davam etdirməyə kömək etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu İran prezidentinin ailə və qadın məsələləri üzrə müavini Ensiye Xəzali deyib.
“Qadın İşləri üzrə Komissiyanın son iclası çərçivəsində keçirdiyimiz görüşdə bu komissiyanın direktoru İran hakimiyyətinin əfqan qadın qaçqınlara göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və təşəkkür etdi. İndi İran əfqan qadınların universitet təhsilinin müxtəlif pillələrində təhsilinin davam etdirilməsinə yardım göstərməyə hazırdır”, – Xəzali bildirib.
Qeyd edək ki, Taliban hakimiyyəti qız tələblərin dövlət və özəl ali təhsil müəssisələrində təhsilini dayandırmaq əmri verib.