İrandan bu iki ölkəyə xəbərdarlıq: Cavab verəcəyik!

İrandan bu iki ölkəyə xəbərdarlıq: Cavab verəcəyik!

İran ABŞ və Kanadanın son sanksiyalarına cavab verəcək.

AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

O bildirib ki, biz də terrorizmi və terror təşkilatlarını dəstəkləyən, eyni zamanda İran xalqının hüquqlarının pozulmasına yol açaraq zorakılıq və nifrəti yayan həm amerikalı, həm də kanadalı şəxslər və təşkilatlara qarşı sanksiyalar tətbiq edəcəyik.

Qeyd edək ki, ABŞ, Kanada, İngiltərə və Avropa Birliyi Məhsa Əmini aksiyalarında polisin etirazçılara müdaxiləsini pisləyərək, bəzi İran təhlükəsizlik rəsmilərinə və dezinformasiya yayan ölkə mediasına sanksiya tətbiq edib.

Teqlər: