İrandan Bayramov-Mirzoyan görüşünə – Reaksiya

İrandan Bayramov-Mirzoyan görüşünə – Reaksiya

İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

AzerTimes xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitter hesabında yazıb.

“İran regionda davamlı sülh, sabitlik və təhlükəsizliyə aparan istənilən prosesi dəstəkləyir. İkitərəfli danışıqlar və regiondaxili dialoqlar (“3+3″ mexanizmi, İran-Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan-Gürcüstan) Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün ən yaxşı yoldur”, – deyə səfir qeyd edib.

Teqlər: