Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər.
AzerTimes xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.
“İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən nəticə çıxarmalıdırlar”, – o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen noyabrın 15-də bildirib ki, Ermənistan ərazisində istənilən dəhliz yalnız İrəvanın razılığı ilə yaradılmalıdır. Güc tətbiq etməklə və ya İranın iştirakı ilə istənilən digər variant (Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən dəhlizin İrandan keçməsi ilə bağlı Bakı və Tehran arasında saziş imzalanıb və hazırda icra edilir – red. ) həlledici cavabla üzləşəcək.