Dövlət sərhədinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, son günlərdə Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 18 kiloqram 353 qram narkotik vasitənin və 19 754 ədəd güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Keçirilmiş tədbirlər nəticəsində 5 nəfər saxlanılmış, onların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq hərəkəti davam etdirilir.
Hazırda cinayət halları üzrə digər əlaqədar şəxslərin axtarışı və müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.