İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb (FOTO)

Aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı
rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində
dövlət sərhədinin pozulmasını müşahidə edib.


Trend
Dövlət Sərhəd Xidmətinə istinadən bildirir ki, sərhəd
naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq,
sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin
relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə
qaçıblar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə
aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820
qram
narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”,
8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”
)
bənzər maddələrvəpsixotrop tərkibli 3189
ədəd
“metadon-40” dərman prepa­ratı aşkarlanaraq
götürülüb.

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Teqlər: