İrandan Almaniyaya: Səddama kimyəvi silah verirdiniz

İrandan Almaniyaya: Səddama kimyəvi silah verirdiniz

Almaniya xarici işlər naziri ölkəsinin İran və İraqa qarşı keçmiş cinayətlərinə görə üzr istəməli idi.

AzerTimes xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya XİN rəhbəri Annalena Berbokun İraq səfəri zamanı tənqidlərinə cavabında deyib.

O bildirib ki, Berbokun Bağdadda İrana qarşı açıqlamaları Almaniyanın keçmiş İraq diktatoru Səddam Hüseyn və onun ötən əsrin 80-ci illərində İrana qarşı müharibəsinə dəstəyini gizlətmək məqsədi daşıyır.

Kənani əlavə edib ki, Almaniya İraq-İran müharibəsi zamanı Səddam Hüseyn rejiminə kimyəvi silah verib və bu silahdan İraq vətəndaşlarına, həmçinin iranlılara qarşı istifadə edilib.

Qeyd edək ki, A.Berbok İraq səfəri zamanı İranın bu ölkənin ərazisinə raket zərbələrinin qəbuledilməz olduğunu bildirmiş, bu kimi addımların regionda stabilliyə təhdid olduğunu açıqlamışdı.

Teqlər: