İran dekabrda Rusiyanın “Qazprom” şirkəti ilə 40 milyard dollar dəyərində müqavilənin imzalanmasını gözləyir.
AzerTimes xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri deyib.
“Rusiyanın “Qazprom” şirkəti ilə 6,5 milyard dollarlıq razılaşma müqavilə halını alıb. Biz ümid edirik ki, 40 milyard dollar dəyərində olan razılaşma da gələn ay müqaviləyə çevriləcək”, – Səfəri bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar aparılır.