ABŞ İranın Suriyadakı qüvvələrinə hücum edərsə, bizim sərt cavabımızla üzləşəcək.
AzerTimes xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
“Məndə olan məlumata görə, İran silahlı qüvvələrinin bir zabiti də (ABŞ-ın Suriyadakı hərbi bazalarına hücumları nəticəsində – red.) xəsarət almayıb və təbii ki, belə bir hadisə baş verərsə, İranın cavabı sərt olacaq”, –Abdullahian bildirib.
Qeyd edək ki, ABŞ hərbi qüvvələri Suriyada hərbi bazalarına hücuma cavab olaraq iranmeyilli qruplaşmaların olduğu obyektlərə zərbələr endirir.