İrandan AB-yə cavab: Sanksiya tətbiqi…

İrandan AB-yə cavab: Sanksiya tətbiqi…

Tehran AB-nin sanksiyalarına cavab olaraq 4 Qərb təşkilatına, eləcə də 15 Avropa rəsmisinə qarşı məhdudiyyətlər tətbiq edəcək.

AzerTimes xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

“İranda baş verən son hadisələr zamanı zorakılıq və ekstremizmə çağırışlarda iştirak edən ən azı 4 Qərb təşkilatı və 15 məmur sanksiyaya məruz qalacaq”, – o bildirib.

Qeyd edək ki, oktyabrın 17-də AB ölkədə etirazları yatırtdıqlarına görə İranın 11 şəxs və 4 təşkilatına sanksiya tətbiq edib, İranın vitse-polisləri də sanksiyaya məruz qalıb.

Teqlər: