İrandakı teraktla bağlı 4 nəfər həbs edildi

İrandakı teraktla bağlı 4 nəfər həbs edildi

Avqustun 13-ü Şiraz şəhərində Şah Çıraq ziyarətgahına silahlı hücumla bağlı 4 nəfər həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə İranın Məhkəmə Sisteminə bağlı “Mizan” xəbər saytı məlumat yayıb.

Məlumatda silahlı basqında şübhəli bilinən dörd nəfərin təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq istintaqa təhvil verildiyi bildirilib.

Onların kimliyi barədə açıqlama verilməyib.

Qeyd edək ki, İranın Şiraz şəhərinin Şah Çıraq ziyarətgahınada törədilən terror aktı nəticəsində 7 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdı. İŞİD terror təşkilatı ziyarətgaha edilən hücumla bağlı məsuliyyəti öz üzərinə götürmüşdü.

Teqlər: