İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İran və Azərbaycan prokurorluq əməkdaşlarının görüşünün nəticəsinə istinadən deyib ki, Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Səfirliyin açılması üçün yol xəritəsinin əsas iki bəndi bəllidir: səfirliyimizə hücum edən terrorçu məhkəmədə layiqli cəzasını aldıqdan və Tehranda saxta ittihamla həbs edilən tələbəmiz vətəninə qaytarıldıqdan sonra Azərbaycanın İrandakı səfirliyinin açılması həll olunacaq. Heç bir ölkə qonşuluğundakı səfirliyinin qapadılmasını istəməz. Azərbaycan da səfirliyin fəaliyyətə başlamasını istəyir. Ancaq Tehran zəruri addımlar atmadığı üşün məsələ uzanır və belə bir təəssürat yaranır ki, İrandakı dairələrin bir qismi Azərbaycanın səfirliyinin açılmasında maraqlı deyillər”, – o bildirib.