İranın Şiraz şəhərində Şah-Çıraq məqbərəsinə hücum edən terrorçu ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Fars vilayəti qubernatorunun müavini bildirib ki, o həbs olunan zaman aldığı yaralara görə Şirazdakı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ziyarətgahda terror aktı nəticəsində 13 nəfər ölüb, 45 nəfər isə yaralanıb.