İranda baş verən 4,7 maqnitudalı zəlzələ nəticəsində Zahidan şəhərində 25 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Zahidandakı Xatəmül-Ənbiya xəstəxanasının baş həkimi Məhəmməd Rza Mirhadi bildirib.
Onun sözlərinə görə, insanlar pilləkəndən düşəndə, eləcə də çarpayıdan yıxılaraq xəsarət alıblar.
Hazırda onlara tibbi yardım göstərilir.