İranda zavodda güclü partlayış olub, yanğın başlayıb (FOTO)

Xəbər - Elnur Bağışov – Trend:

Bu gün səhər İranın Əlborz vilayətinin İştihard sənaye parkında yağ emalı zavodunda güclü partlayış olub.

AzerTimes-ın məlumatına görə, partlayış nəticəsində baş verən yanğın davam edir. Hadisə yerinə yanğınsöndürmə maşınları cəlb olunub.

Hələlik ehtimal olunan ölü və yaralılar haqqında məlumat verilməyib.