Ötən 3 gün ərzində İranda müxtəlif yol qəzalarında 107 nəfər
ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Yol Poliasi Yol Hərəkətinə
Nəzarət və İnformasiya Mərkəzinin rəisi polkovnik Əhməd Şirani
deyib.
Onun sözlərinə görə, ölkədə baş verən yol qəzalarının 82%-i
sürət hədini aşma, qanunsuz ötmə, yorğunluq və idarəetməni itirmə
ilə əlaqədar olub.
Şirani qeyd edib ki, ötən günlərdə ölkədə avtomobillərin
hərəkəti keçən ilin analoji dövrü ilə nisbətdə 29% artım qeydə
alınıb.