İranda yeni virus iki nəfərin həyatına son qoydu

İranda yeni virus iki nəfərin həyatına son qoydu

Martın sonundan bəri cənub qonşumuz İranda 22 nəfərdə “Krım-Konqo” qızdırması qeydə alınıb. İki nəfər bu virusdan vəfat edib.

AzerTimes xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmisi Behzad Əmiri deyib.

O qeyd edib ki, virus heyvan kəsilən zaman insana yoluxa və sonradan insandan insana keçə bilər.

Teqlər: