İranın cənubunda yerləşən Fars vilayətinin Cəhrom rayonunda yeni
qaz yatağı kəşf olunub.
AzerTimes-ın məlumatına görə,
bunu İran parlamentinin deputatı Məhəmməd Rza Rzayi deyib.
M.Rzayinin sözlərinə görə, rayonunda qaz yataqlarının kəşf
edilməsi üzrə iki ildən çox araşdırmalar aparılıb.
Gələn aydan qaz yatağında quyuların qazılmasına başlanacaq.
İranlı parlamentari qeyd edib ki, qaz yatağının istifadəyə
verilməsi ilə rayonda qaz emalı zavodunun tikilməsi mümkündür.
İranda hazırda 74 neft yatağı və 22 qaz yatağı var. İranın bütün
karbohidrogen ehtiyatı isə 1,2 trilyon bareldir. İran mövcud
texnologiya avadanlıqları ilə onun yalnız 340 milyard barelini
çıxara bilir.