Çoxsaylı fəsad törədən və ölümlə nəticələnən təhlükəli dang qızdırması xəstəliyi qarşıdakı iki ay ərzində epidemiyaya çevrilə və geniş yayıla bilər.
AzerTimes xəbər verir ki, bu barədə İran səhiyyə nazirinin müavini Hüseyn Fərşidi xəbərdarlıq edib.
O, hazırda Sistan və Bəlucistan, Hörmüzqan, Buşəhr və Gilan əyalətlərində 138 nəfərin bu xəstəliyə yoluxduğunu və bir neçə nəfərin həyatını itirdiyini deyib.
Qeyd edək ki, xəstəlik aedes ağcaqanadının sancması nəticəsində yaranır.