İranda yaşayan xalqlara çağırış: Aksiyalara qoşulun!

İranda yaşayan xalqlara çağırış: Aksiyalara qoşulun!

İranda öz müqəddəratını təyin etmək hüququ uğrunda Millətlər Cəbhəsinin nümayəndələri 2022-ci ilin sentyabr ayında başlayan ümumxalq aksiyalarının ildönümü ilə bağlı çağırış ediblər.

AzerTimes xəbər verir ki, çağırış bəyanatında İranda yaşayan qeyri-fars xalqlara qarşı 100 illik assimilyasiya və ayrı-seçkilik siyasətlərinə toxunulub.

Ölkədə yaşayan bütün xalqlardan sentyabr etirazlarının ildönümündə öz tələbləri və şüarları ilə ümumi aksiyalara qoşulmaları təklif olunub:

“İranda işğal altında olan bütün xalqlar mümkün qanuni mübarizə üsullarından istifadə edərək, işğalçı hakimiyyətin devrilməsi üçün birlikdə mübarizəyə qoşulmalıdırlar”.

Teqlər: