İranın bütün bölgələrinin yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına görə uzun növbələr yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri və sürücülər paylaşım ediblər.
Dövlət mediası yanacaq çatışmazlığını vətəndaşların yay səfərləri ilə bağlı daha çox yanacaq əldə etmələri ilə əlaqələndirib.
SEPAH-a bağlı olan media orqanları isə problemin yanacaqdoldurma məntəqələrində texniki nasazlıqlarla bağlı olduğunu iddia edirlər.
Qeyd edək ki, bir neçə aydır İranda yanacaq qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar dərc olunur.