İranın Rəşt şəhərinin Qaim xəstəxanasında güclü yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rəştin Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Tağı Aşubi məlumat verib.
O bildirib ki, yerli vaxtla səhər saat 01:30-da baş verən hadisə nəticəsində 9 nəfər ölüb.
“Ölənlərin 8-i xəsətəxananın reanimasiya bölməsində müalicə olunan xəstələrdir”.
Yanğının səbəbləri açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.