İranda tanınmış sənədli filmlər rejissoru Müjgan İlanlı 10 il həbs və 74 zərbə şallaq cəzasına məhkum edilib.
AzerTimes xəbər verir ki, məhkəmə rejissor barəsində hökumətə qarşı təbliğat, ictimai asayişi pozmaq və itaətsizliyə sövq etmək ittihamlarına görə ağır həbs cəzasından əlavə cəzalar barədə də qərar çıxarıb.
Qərara görə, onun iki il müddətinə iş fəaliyyətinə, ölkədən çıxışına, ictimai fəaliyyətlərinə qadağa qoyulub və 8 milyon tümən cərimə edilib.
Qeyd edək ki, 90 gündür həbsdə olan Müjgan İlanlı bu müddətin 40 gününü təkadamlıq kamerada saxlanılıb.