Dekabrın 18-də Türkiyənin Məşhəd şəhərindəki konsulluğu qarşısında etiraz aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
SEPAH və ona bağlı yarımhərbi “Bəsic” üzvləri, eləcə də hökumətin tələbə cəmiyyətləri nümayəndələri Türkiyənin İsrailə yardım etdiyini iddia ediblər.
“Türkiyədən İsrailə yanacaq və ərzaq ixracatına izin verməyin” şüarı qaldıran etirazçılar Türkiyə hökumətinə qarşı çıxışlar ediblər.