İranın Sistan və Bəlucistan əyalətində baş verən şiddətli toz fırtınası nəticəsində 833 nəfər tənəffüs problemi, ürək çatışmazlığı və göz nahiyəsindən zədələnmə diaqnozu ilə xəstəxanalara müraciət edib.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Əyalətin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Müctəba Mühibbinin dediyinə görə, xəstəxanalara müraciət edənlərin 128 nəfəri müxtəlif bölmələrə yerləşdirilib, digərləri isə müalicə olunaraq evə buraxılıb.