Mobil telefonlar istisna olmaqla, təyyarəyə hər hansı elektron rabitə vasitələrinin gətirilməsi qadağan edilib.
AzerTimes xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəsmisi Cəfər Yazərlu deyib.
“Mobil telefonlar istisna olmaqla, təyyarənin göyərtəsində hər hansı elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda aparmaq qadağandır”, – Yazərlu bildirib.