İranda tətil istiyə görə deyilmiş – Ekspertlər

İranda tətil istiyə görə deyilmiş – Ekspertlər

İyulun 2 və 3-ü isti hava şəraitinə görə bütün İran üzrə tətil elan edilməsi bəhanədir.

AzerTimes xəbər verir ki, bu iddia ilə iranlı media nümayəndələri və mütəxəssislər çıxış edib.

“Ticarət Nyus” saytının baş redaktoru Mərziyə Mahmudi bildirib ki, hökumət isti havaları bəhanə edərək elektrik enerjisinə qənaət etmək istəyir:

“Bölgənin super gücü elektrik enerjisi istehsal edə bilmir”, – baş redaktor paylaşımında istehza ilə yazıb.

İran parlamentinin Enerji Komissiyasının üzvü Hadi Beginejadın açıqlaması isə mütəxəssislərin dediklərini təsdiq edib.

“Elektrik enerjisi istehsalı üçün pul lazımdır və bizim elektrik enerjisi istehsal etməyə kifayət qədər pulumuz yoxdur”, – o, “Üfüq” telekanalına müsahibəsində etiraf edib.

Teqlər: