Terroru törədən İranlılar imiş

Terroru törədən İranlılar imiş

Dünən İranın paytaxtı Tehranda terror aktı törədən terrorçuların hansı ölkənin vətəndaşları olduğu məlum olub.

İran parlamenti və Ayətullah Xomeyninin türbəsinə hücum edən 6 terrorçunun İran vətəndaşıdır.

İran Beynəlxalq Təhlükəsizlik Şurasının baş katibinin müavini Rza Seyfullahinin açıqlamasına görə, İran vətəndaşı olan terrorçular ölkənin müxtəlif bölgələrindən İŞİD-ə qoşulublar.

Qeyd edək ki, İranda ötən gün baş verən terror aktlarında 12 nəfər həyatını itirib, 42 nəfər isə yaralanıb. İran İnqilab Keşikçiləri hücumların arxasında Səudiyyə Ərəbistanı və ABŞ-ın dayandığını iddia etmişdi.