İranda terror rejiminin sonu xalqın yeganə istəyidir – Deqati

İranda terror rejiminin sonu xalqın yeganə istəyidir – Deqati

Bu gün İranda milli tətil aksiyalarının 2-ci günüdür, xalqın bir istəyi var, terror rejiminin sonu.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan əsilli fransalı fotojurnalist Rza Deqati İnstaqram hesabında yazıb.

“Xalqın qarşısında – İran xalqı aclıqdan ölərkən pul əldə etmək və cinayətlərinə bəraət qazandırmaq üçün ideologiyadan və dindən istifadə edən terrorçu liderləri, mafioz qrupları, girov götürənləri və narkotik alverçilərini müdafiə etmək üçün silahlanmış, beyinləri yuyulmuş insanlardan ibarət milis dayanır. Onlar bir kult kimi fəaliyyət göstərirlər. O kult ki, 1979-cu ildə “Nyu York tayms” tərəfindən “Qandiyə bənzər fiqur” kimi göstərilən bu adamla başladı. Eyni media orqanı bir neçə gün əvvəl saxta xəbərlə rejimin təbliğat ortağına çevrilərək yenidən eyni səhvə yol verdi. Birləşən xalq bu zalım rejimə qalib gələcək”, – o bildirib.

Teqlər: