İranın Sistan və Bəlucistan əyalətində Soran-Mehristan avtomobil yolunda polis qüvvələrinə silahlı hücum olub.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Hücum nəticəsində 5 polis əməkdaşı öldürülüb.
Hücumu “Ceyş-ül Ədl” qruplaşması öz üzərinə götürüb.