İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölməsi Sistan-Bəlucistan əyalətində terror aktı hazırlayan iki nəfəri məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Ölkənin cənub-şərqində terror aktları törətmək niyyətində olan silahlı qrup SEPAH-ın “Qüds” bazasının kəşfiyyat və əməliyyat bölmələri tərəfindən müəyyən edilərək zərərsizləşdirilib”, – məlumatda deyilib.
Məlumata görə, əməliyyat nəticəsində daha bir nəfər həbs edilib. Çoxlu sayda silah və sursat isə ələ keçirilib.