İranın Xomeynişəhr şəhərində Azad universitetinin tələbələrini daşıyan mikroavtobus qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə İsfahan administrasiyasının Böhranla mübarizə şöbəsinin rəhbəri Mənsur Şişeforuş deyib.
O, qəza nəticəsində sürücünün öldüyünü, 15 sərnişinin də yaralandığını bildirib:
“11 nəfər xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır”.