İranın şimal-qərbində iki gün ərzində baş verən daşqınlar nəticəsində azı 357 nəfər zərər çəkib, 3 nəfər isə ölüb.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, 241 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərindədir. Zərərçəkənlərdən biri təbii fəlakət sonrası daşqında boğulub, digər iki nəfər isə ildırım vurması nəticəsində ölüb.
Daşqına güclü yağışlar səbəb olub. Xilasetmə əməliyyatları hələ də davam edir. Daşqın zonasından 30 evin sakinləri təxliyə edilib.