İranda teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri hicabdan imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Aktyorlar hicabı məcburi çıxardıqları görüntüləri “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə İnstaqram hesablarında yayımlayıblar.
“Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar və yeni gün üçün çoxlu ümidlər var!” – paylaşımda deyilir.