İranda tanınmış din xadiminin 2 oğlu həbs olundu

İranda tanınmış din xadiminin 2 oğlu həbs olundu

İranda tanınmış din xadimi, Tehranın cümə namazı imamı və rejimin əsas təbliğatçılarından olan Kazim Sadiqinin iki oğlu SEPAH-ın kəşfiyyat əməkdaşları tərəfindən korrupsiya işi üzrə həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, onlara maliyyə pozuntuları və əlbirlik ittihamları irəli sürülüb.

Xatırladaq ki, K. Sadiqinin özü 2023-cü ildə də Tehranın şimalında dövlət torpaqlarının qanunsuz mənimsənilməsində ittiham olunmuşdu.

Teqlər: