İranda sutka ərzində koronavirusdan ölüm sayı artıb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 635 nəfər koronavirusdan (COVID-19) ölüb. AzerTimes-ın məlumatına görə, bundan əvvəlki gündəlik ölüm sayı 583 olmuşdu.

Son sutkada 27 138 nəfər yoluxub. İranda bu virusdan ölənlərin ümumi sayı 111 892 nəfərə, yoluxanların sayı isə 5 184 124 nəfərə çatıb. Virus daşıyıcılarından 7 606 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 422 740 nəfər koronavirusdan sağalıb, 29,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 30,3 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 19,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 10,4 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 246 rayon qırmızı, 144 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

Twitter:@BaghishovElnur