Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində koronavirusdan 57 nəfər ölüb.
AzerTimes-ın İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun sözçüsü Sima Sadat Lari deyib.
Bildirilir ki, ötən 24 saat ərzində ölkədə 7 065 nəfər koronavirusa yoluxub, 3 789 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Virusa yoluxanların ümumi sayı İranda 1 466 435 nəfərə çatıb, ölənlərin sayı 58 469 nəfərə yüksəlib. İndiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.