Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 496 nəfər koronavirusdan (COVID-19) ölüb, ondan əvvəlki gün isə bu rəqəm 454 olub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 70 070 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 21 026 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 417 230 nəfərə çatıb. Virus daşıyıcılarından 5 244 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 892 229 nəfər koronavirusdan sağalıb, 15,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 824 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 653 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 171 min təşkil edir.