Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 35 070 nəfər koronavirusa (COVID-19) yoluxub, 50 nəfər ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Halbuki ötən gündə koronavirusdan 30 nəfərin öldüyü qeydə alınıb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 504 nəfərə, yoluxanların sayı isə 6 408 244 nəfərə çatıb. Virus daşıyıcılarından 1 703 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 110 615 nəfər koronavirusdan sağalıb, 44,8 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 133 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 17,7 milyon təşkil edir.