İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 86 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 60 353 nəfərə çatıb. İranda

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 525 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 656 699 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 747 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 413 717 nəfər koronavirusdan sağalıb, 11 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı və 154 rayon mavi zona hesab olunur.