Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 8 308 nəfər koronavirusa (COVID-19) yoluxub.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 723 470 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 818 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 88 nəfər koronavirusdan ölüb. Beləliklə ölkədə bu virusdan ölənlərin sayı 61 016 nəfərə çatıb.
S.Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 471 179 nəfər koronavirusdan sağalıb, 11,5 milyondan çox diaqnoz testi həyata keçirilib.