İranda sutka ərzində 344 nəfər koronavirusdan ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində koronavirusa 17 397 nəfər yoluxub, 344 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 117 526 nəfərə, yoluxanların sayı isə 5 442 232 nəfərə çatıb. Virus daşıyıcılarından 6 707 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 792 117 nəfər koronavirusdan sağalıb, 31,1 milyondan çox diaqnoz testi həyata keçirilib.


Ümumilikdə, İranda təxminən 44,4 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 30,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14,1 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.

Twitter:@BaghishovElnur