İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 388 nəfər koronavirusdan (COVID-19) ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 67 913 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 24 886 nəfər koronavirusa yoluxub, beləliklə də virusa yoluxanların ümumi sayı 2 311 813 nəfərə çatıb. Virus daşıyıcılarından 4 991 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 1 823 958 nəfər koronavirusdan sağalıb, 14,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 641 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 497 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 143 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 301 rayon qırmızı və 95 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 45 rayon sarı, 7 rayon isə mavi zona hesab olunur.