Xəbər - Elnur Bağışov – Trend:
İranda ötən sutka ərzində 462 nəfər koronavirusdan (COVID-19) ölüb.
AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 70 532 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 20 963 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 438 193 nəfərə çatıb. Virus daşıyıcılarından 5 287 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 1 907 190 nəfər koronavirusdan sağalıb, 15,4 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə İranda 889 min vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 705 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 184 min təşkil edir.
Koronavirusa yoluxma üzrə 198 rayon qırmızı və 157 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 74 rayon sarı, 9 rayon isə mavi zona hesab olunur.