İranda son sutkada koronavirusdan 51 nəfər ölüb

Xəbər - Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 1 932 nəfər koronavirusa (COVID-19) yoluxub, 51 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 262 nəfərə, yoluxanların sayı isə 6 179 817 nəfərə çatıb. Virus daşıyıcılarından 2 807 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 019 343 nəfər koronavirusdan sağalıb, 41,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 115 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 4,96 milyon təşkil edir.