İranda son sutkada koronavirusdan 18 nəfər ölüb

Xəbər - Elnur Bağışov – AzerTimes:

İranda ötən sutka ərzində 1 421 nəfər koronavirusa (COVID-19) yoluxub, 18 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 044 nəfərə, yoluxanların sayı isə 6 218 741 nəfərə çatıb. Virus daşıyıcılarından 1 369 nəfərin vəziyyəti ağır qiymətləndirilir.


İranda indiyədək 6 062 633 nəfər koronavirusdan sağalıb, 43,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 125 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı təxminən 60,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 12,2 milyon təşkil edir.